Logo

“Şuşa İli”nə həsr edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb

10.12.2022 10:36 292 baxış
IMG

Dekabrın 9-da Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında gənc alim və mütəxəssislər üçün “Şuşa İli”nə həsr edilən müsabiqənin nəticələri elan olunub.

Tehsil.biz xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Dilqəm Tağıyev qeyd edib ki, Qarabağın tacı olan Şuşa bizim üçün müqəddəs məkandır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb, yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb. “Şuşa İli”nin elan edilməsi Şuşanın tarixi keçmişi, bu günü və gələcəyi ilə əlaqəli kompleks tədbirlərin həyata keçirilməsi üçün böyük əhəmiyyətə malikdir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun torpaqlarımızı işğaldan azad etdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşanın əsl tarixi siması bərpa olunur, şəhərdə geniş quruculuq tədbirləri həyata keçirilir.

Diqqətə çatdırılıb ki, “Şuşa İli” ilə əlaqədar Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda gənc alim və mütəxəssislər üçün müsabiqə keçirilib. Müsabiqədə 29 yaşa kimi olan gənc alim və mütəxəssislər iştirak ediblər. Müsabiqə komissiyası tərəfindən gənclərin elmi, elmi-təşkilati və ictimai fəaliyyətindəki göstəriciləri və nailiyyətlərinin qiymətləndirilməsi həyata keçirilib.

Müsabiqədə elmi işçi, kimya üzrə fəlsəfə doktoru Elnur Oruclu və elmi işçi Günel Əzimova ən yüksək nəticələr göstərərək qalib olublar.

Sonra müsabiqənin qalibləri diplomla təltif olunub və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər lenti