Logo

BSU-da AzTV-nin sədr müavini ilə görüş olub - FOTO

10.12.2022 12:23 420 baxış
IMG

Dekabrın 8-də “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, aparıcı, ssenarist, rejissor Rafiq Həşimov Bakı Slavyan Universitetində (BSU) qonaq olub.

Tehsil.biz xəbər verir ki, qonağı salamlayan rektor Anar Nağıyev müasir Azərbaycan  televiziyasının aparıcı simalarından olan  Rafiq Həşimovu universitetdə görməkdən məmnun olduğunu diqqətə çatdırıb. AzTV-nin Azərbaycan teleməkanında vacib rolunu qeyd edən rektor BSU-nun jurnalistika, həmçinin filologiya ixtisasında təhsil alan tələbələr üçün bu görüşün faydalı olacağına əminliyini ifadə edib. 

Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Sevda Axundova fakültədə jurnalistika ixtisasının tədrisi ilə bağlı danışıb. O, qeyd edib ki, jurnalistika ixtisasında 135 tələbə təhsil alır.

Jurnalistika kafedrasının müdiri, professor Vüqar Rəhimzadə bu görüşün tələbələrin həyatında mühüm rol oynayacağını, yaddaqalan görüşlərdən biri olacağını qeyd edib.

Rafiq Həşimov tələbələrlə öz təcrübəsini bölüşüb, jurnalistin nitq mədəniyyətinin təməl prinsipləri, müasir jurnalistikanın yeni yaradıcılıq trendləri barəsində ətraflı məlumat verib.

Sonda Rafiq Həşimov tələbələri maraqlandıran sualları cavablandırıb, onlara öz tövsiyələrini bildirib.

Xəbər lenti