Logo

Genetik Ehtiyatlar İnstitutu ilə Qərbi Kaspi Universiteti əməkdaşlığa başlayır

10.12.2022 13:16 341 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) baş direktoru Zeynal Əkpərov və Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri professor Hüseynqulu Bağırov arasında görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, Qərbi Kaspi Universitetində baş tutan görüşdə tərəflər arasında elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə memorandum imzalanıb.

Alim və mütəxəssislər tərəfindən mütəmadi olaraq dəyirmi masaların keçirilməsi, informasiya mübadiləsinin aparılması, müvafiq ixtisaslar üzrə birgə magistrant, doktorant hazırlığı və fənn proqramlarının təkmilləşdirilməsi, yeni dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrin hazırlanması, fundamental tədqiqatların genişləndirilməsi məqsədilə yeni metodikalardan istifadə edilməsi üçün zəruri reaktiv və cihazların əldə olunmasına dəstək göstərilməsi memorandumda öz əksini tapıb.

Sənəddə, həmçinin mövcud laboratoriyalarda multidisiplinar tədqiqatların genişləndirilməsi, yerli və beynəlxalq layihələrdə iştirak, birgə elmi konfrans və simpoziumların keçirilməsi və s. sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması da nəzərdə tutulub.

İmzalanma mərasimində GEİ-nin icraçı direktoru biologiya elmləri doktoru Mehrac Abbasov, Qərbi Kaspi Universitetinin icraçı prorektoru Rəşad Bağırov və universitetin digər məsul şəxsləri də iştirak ediblər.

Xəbər lenti