Logo

“Məktəblinin dostu”nun 6 yaşı tamam olur

10.12.2022 17:24 518 baxış
IMG

Bu gün “Məktəblinin dostu” layihəsinin 6 yaşı tamam olur.

Tehsil.biz xəbər verir ki, 2016-cı ilin dekabrından fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. 

“Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər. 

Layihə ümumilikdə 400 minə yaxın şagirdi əhatə edir.

Layihədə çalışan bütün əməkdaşları təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Xəbər lenti