Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində Mil-Muğan Regional Təhsil İdarəsinin Sabirabad rayon təhsil sektoru üzrə H.Z.Tağıyev adına 6 nömrəli tam orta məktəbdə I-III siniflər istisna olmaqla, IV-XI sinifləri əhatə etməklə 32 sinifdə məktəbdaxili qiymətləndirmələr rəqəmsal formada həyata keçirilir.
Tehsil.biz xəbər verir ki, 7-16 dekabr 2022-ci il tarixlərində IV siniflərdə Ana dili, riyaziyyat, xarici dil, V - XI siniflərdə Azərbaycan dili, ədəbiyyat, əsas xarici dil, ikinci xarici dil, riyaziyyat, informatika, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya və təbiət fənləri üzrə kiçik summativ qiymətləndimrələr rəqəmsal formada həyata keçiriləcək.
Məktəb üzrə 1020 nəfər şagirdən 718 şagird arasında məktəbdaxili qiymətləndirmə “Microsoft Teams” platforması üzərindən aparılıb.
Qiymətləndirmənin rəqəmsal formada həyata keçirilməsi həm kağız daşıyıcılara qənaət etmək, həm də təhlil aparmaq, sistemlilik baxımından işin səmərəliliyini artmasına kömək edir.