Qarabağ Regional Təhsil İdarəsi üzrşə Tərtər rayon təhsil sektorunun müdiri Oktay Sarıkişiyey və sektorun əməkdaşları Qaynaq kəndində şəhid Məmmədov Həsən Asif oğlunun ailəsini ziyarət ediblər və onların problemləri maraqlanıblar.
Tehsil.biz xəbər verir ki, şəhidin əmanəti olan 3 övladı: Zamiq Məmmədov, Pərizad Məmmədova və Arzu Məmmədova Qazyan kənd tam orta məktəbində təhsil alırlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.