Dekabrın 10-da Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə dairəsində olan ümumi təhsil müəssisələri üzrə vakansiyaya çıxarılmış psixoloq vəzifəsinə namizədlərlə müsahibənin növbəti mərhələsi keçirilib.
Tehsil.biz xəbər verir ki, müsahibədə 2 namizəd uğur qazanıb.
Qeyd edək ki, vakant olan məktəb psixoloqu vəzifəsinə müraciət müddəti davam edir.
Müraciət etmək istəyən şəxslərdən zəruri sənədləri Lənkəran-Astara Regional Təhsil İdarəsində yaradılmış komissiyaya təqdim etmələri xahiş olunur.
Tələb olunan zəruri sənədlər:
- ixtisası üzrə ali təhsil diplomu və ona əlavənin əsli;
- şəxsiyyəti təsdiq edən sənədin əsli.