Logo

Bakıda 7-ci sinif şagirdi öldü - FOTO

11.12.2022 13:59 17052 baxış
IMG

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonunda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

"Tehsil.biz"in məlumatına görə, həyatını itirən azyaşlı paytaxtın 45 nömrəli tam orta məktəbinin 7-ci sinif şagirdi Mirzəyeva Fərəh olub.

O, Yeni il şənliyi üçün yaşadığı evin pəncərəsinə bəzək vurarkən 6-cı mərtəbədən yerə yıxılaraq dünyasını dəyişib.

Fərəhin oxuduğu vaxtda çalışqanlığı və tərbiyəsi ilə fərqlənərək müəllim və şagirdlərin rəğbətini qazandığı bildirilir.

Xəbər lenti