Logo

Hacıqabulda təhlükə saçan məktəb - FOTO

11.12.2022 14:32 745 baxış
IMG

Hacıqabul rayonunun Kolanı kənd tam orta məktəbində tez-tez işıqların sönməsi səbəbindən istilik verilişində problemlər yaranır, bu da məktəbin soyuq vəziyyətdə olmasına səbəb olur.

Bu barədə "Tehsil.biz"ə müraciət edən, övladları həmin məktəbdə oxuyan valideynlər bildiriblər.

Valideynlər deyirlər ki, elektrik verilişi tez-tez kəsildiyi üçün məktəbə verilmiş internetdə də problemlər yaranır, şagirdlər dərslərdə kompüterlərdən istifadə edə bilmirlər:

"Məktəbin elektrik sistemi qəzalı vəziyyətdədir, qızdırıcı radiatorların çoxu xarabdır, siniflər buz kimidir, istifadə müddəti 10 il əvvəl başa çatıb.

Bundan başqa, məktəbin elektrik sistemi yararsız haldadır, hər an faciə yarana bilər. Şagirdlər əllərini açıq elektrikə vurur.

Sinif otaqlarının qapı və pəncərələri sınıqdır. Valideynlər dəfələrlə rayon təhsil şöbəsinə məlumat versə də, etinasız yanaşırlar", - deyə valideynlərin verdiyi məlumatda qeyd olunur.

Qeyd edək ki, qeyri-iş günü olduğundan Şirvan-Salyan Regional Təhsil İdarəsi ilə əlaqə saxlamaq mümkün olmadı. Buna baxmayaraq məsələ "Tehsil.biz"in diqqətindədir.

Xəbər lenti