Logo

Bioloqlar koronavirus zamanı bədən istiliyinin yağları sürətlə yandırdığını aşkar ediblər

11.12.2022 16:18 540 baxış
IMG

İsveçdəki Karolinska İnstitutunun alimləri  müəyyən ediblər ki, SARS-CoV-2 infeksiyası yağ toxumalarında qan damarlarının əmələ gəlməsini stimullaşdırır və bununla da istilik yaratmaq üçün yağın “yanmasını” sürətləndirir.

Tehsil.biz xəbər verir ki, bu tədqiqat Nature Metabolism jurnalında dərc olunub.

Tədqiqatçılar müxtəlif növ yağların, o cümlədən qəhvəyi yağın, həmçinin visseral və dərialtı ağ yağın siçan və hamsterlərdə SARS-CoV-2-yə məruz qalmasına necə reaksiya verdiyini öyrəniblər. Onlar aşkar ediblər ki, heyvanlar dörd gün ərzində xeyli çəki itiriblər. Arıqlamaqdan əvvəl qəhvəyi piyin aktivləşməsi, ağ yağın bir hissəsinin qəhvəyi rəngə çevrilməsi və mikrodamarların böyüməsi baş verib. Bu əlamətlər bədənin yağdan yanacaq kimi istifadə edərək istilik istehsalını artırmağa çalışdığını göstərir.

Tədqiqatçılar heyvanlara yeni qan damarlarının əmələ gəlməsini maneə törədən bir maddə verdikdə, siçanlar və hamsterlər itirdikləri çəkilərinin çox hissəsini tez bir zamanda geri qaytardılar və onların yağ toxumalarında mikrodamarların sayı azalıb.

Tədqiqatçılar COVID-19-dan ölən dörd xəstənin insan toxuması nümunələrində təsvir etdikləri prosesləri müşahidə ediblər. Bu, nəticələrin insanlarda klinik cəhətdən əhəmiyyətli ola biləcəyini göstərir. Alimlər bildirirlər ki, koronavirusla həddindən artıq çəki itirmək xəstələrin həyat keyfiyyətinə və sağ qalmasına təsir göstərə bilər. Bu təsdiqlənərsə, onların təklif etdiyi yanaşma infeksiyanın nəticələrini daha yaxşı həll edəcək.

Xəbər lenti