Logo

BDU kollektivi Fəxri xiyabanı ziyarət edib - FOTO

12.12.2022 17:52 453 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) kollektivi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib.

Tehsil.biz xəbər verir ki, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.

Daha sonra BDU-da Ulu öndərin büstü önünə gül dəstələri qoyulub.

Xəbər lenti