Logo

Odlar Yurdu Universitetində Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib - FOTO

12.12.2022 18:16 604 baxış
IMG

Odlar Yurdu Universitetində xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində əvəzedilməz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım tədbiri keçirilmişdir.

Tehsil.biz xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları tərəfindən Ulu Öndərin büstü ziyarət olunub, gül-çiçək dəstələri qoyularaq əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra isə Odlar Yurdu Universitetinin rektoru və professor-müəllim heyəti universitet və kollec  tələbələrinin yaradıcılıq sərgisi ilə yaxından tanış olublar. 

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açılışı elan olunan tədbirdə Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, prorektorlar, professor-müəllim heyəti, tələbələr və dəvət olunan qonaqlar iştirak ediblər. 

Tədbirin əvvəlində TGT-nın sədri Sevgiyyə Əliyeva tədbir iştirakçılarını salamlamış, geniş və əhatəli şəkildə məruzə edib. Daha sonra isə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Tədbirdə OYU və OYK-nun tələbələri Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.

Sonda çıxış üçün söz Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyevə verilib. O, çıxışında qeyd edib ki, Ümumilli Liderin büstü ilk olaraq Odlar Yurdu Universitetində qoyulub.

Həmçinin rektor qeyd edib ki, məhz Heydər Əliyevin səyi və böyük xidmətləri nəticəsində gənc və müstəqil dövlət möhkəmlənərək XXI əsrə qədəm qoyub. Onun uğurlu siyasəti Azərbaycan xalqının rəmzinə, onun həyat yolu isə Vətənə sədaqət və məhəbbətin nümunəsinə çevrilib və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirin sonunda professor Əhməd Vəliyev "İnşa-yazı", "Rəsm" və "Divar qəzeti" müsabiqələrində qalib gəlmiş komandaları və müsabiqə iştirakçılarını mükafatlandırıb.

 

Xəbər lenti