Logo

Məzunlar 10 il sonra bir arada - FOTOLAR

12.12.2022 18:25 550 baxış
IMG

Dekabrın 10-da Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) İnnovasiya və karyera şöbəsinin təşkilatçılığı ilə 2011 və 2012-ci il məzunlarının 10 illik yubileyi ilə bağlı görüş təşkil olunub.

Tehsil.biz xəbər verir ki, görüş zamanı məzunlar təhsil aldıqları auditoriyaları, kitabxananı ziyarət ediblər, daha sonra çay süfrəsi arxasında müəllimləri ilə görüşərək öz xatirələrini bölüşüblər.

Akademiyanın rektoru professor Hüseyn Qaraşov məzunlarla görüşdən məmnunluğunu dilə gətirərək rəhbərlik tərəfindən hər zaman onlara diqqət və qayğının göstərildiyindən bəhs edib.

Daha sonra müəllimlər və məzunlar çıxış edərək onların daim akademiya tərəfindən diqqətdə saxlanıldıqlarını və bu gün belə bir tədbirin təşkil olunması ilə əlaqədar təşəkkürlərini bildiriblər.

Sonda məzunlarla xatirə şəkli çəkilib.

Xəbər lenti