Dekabrın 12-də Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat,dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda təlim təşkil edilib.
Tehsil.biz xəbər verir ki, təlimdə Dövlət Turizm Agentliyindən 15 nəfər şəxs iştirak edib.
Təlimdə iştirakçılara dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, qiymətləndirilmə dövrü, qiymətləndirilmənin həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirilmənin həyata keçirilməsi ilə bağlı vəzifələr barədə təqdimat olunub. Habelə, təlimdə tapşırıq və meyarlar üzrə mühümlük dərəcəsinin və qiymətlərin müəyyən edilməsi, qiymətləndirilmənin nəticəsinə uyğun olaraq təkmilləşdirilməli olan bacarıqlar və tələb olunan təlimlərlə bağlı praktiki tapşırıqlar yerinə yetirilib.
Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.
Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.