Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) 2020/2021-ci tədris ili üzrə sənəd qəbulu oktyabrın 12-dək davam edəcək.
UNEC-dən bildirilib ki, sənəd qəbulu onlayn olaraq həyata keçirilir. Abituriyentlərin rahat şəkildə qeydiyyatdan keçməsi üçün sənəd qəbulu komissiyası, eləcə də fakültələrdə katibliklər fəaliyyət göstərir. Abituriyentlərin qeydiyyatla bağlı bütün müraciətləri operativ olaraq cavablandırılır. Sentyabrın 30-dək 1000-dən çox abituriyent elektron qeydiyyatdan keçib.
Abituriyentlər tələb olunan sənədlərin elektron formasını UNEC-in rəsmi səhifəsinə (unec.edu.az) daxil olaraq, tələbə kabineti qeydiyyat bölməsinə keçid almaqla (kabinet.unec.edu.az) sistemə yükləməlidirlər. Sənədlərin elektron formasını sistemə yükləmədən öncə videotəlimatla tanışlıq tövsiyə olunur.