Logo

Azərbaycanda müəllimlər qəzaya düşdü, ölən var

13.12.2022 12:59 886 baxış
IMG

Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib. Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar.

Araşdırma aparılır.

Xəbər lenti