Logo

Bağçalara müəllimlərin işə qəbulu üzrə müsahibənin nəticələri açıqlanıb

13.12.2022 16:00 341 baxış
IMG

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə nəticələri elan olunub.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, namizədlər linkə keçid edərək müsahibə nəticələri və reytinqləri ilə tanış ola bilərlər.

Növbəti mərhələdə namizədlərin şəxsi səhifələrində qeyd olunan faktiki yaşayış yeri və imtahan nəticəsinə uyğun yerləşdirilməsi aparılacaq.

Qeyd edək ki, müsahibə nəticələrinə əsasən minimum tələb 30 bal müəyyənləşdirilib.

Xəbər lenti