Logo

Peyvənd olunanların sayı açıqlanıb

13.12.2022 16:44 241 baxış
IMG

Azərbaycanda son sutkada 284 nəfərə vaksin vurulub.

Tehsil.biz xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 116, ikinci doza vaksinlərin sayı 49 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 103-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 16 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 926 238 olub.

Xəbər lenti