Salyan rayonunun 8 saylı orta məktəbində 4 həftədir, istilik sistemi normal işləmir.
Bu barədə "Tehsil.biz"in redaksiyasına daxil olan məlumatda bildirilib.
Qeyd olunub ki, uşaqlar, həmçinin müəllimlər soyuqdan əziyyət çəksələr də, müvafiq qurumlar tərəfindən heç bir addım atılmır.
Belə ki, hər gün 3-4 uşaq xəstələnir, bununla da dərslərdə şagirdlərin davamiyyəti aşağı düşür.
Mövzu ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən "Tehsil.biz"ə idarənin məsələdən xəbərdar olduğunu bildirdilər.
"Məsələdən məlumatlıyıq. Bu barədə dəfələrlə şikayət xarakterli müraciət daxil olub. Regional idarə tərəfindən bununla bağlı təchizat şöbəsinə müraciət edilib. Şöbədən isə bildirilib ki, nasazlıq su sızması ilə əlaqədardır. Hazırda problemin həlli üçün lazımı tədbirlər görülür", - qurumun cavabında qeyd olunub.
Mərcanə Əsədova