Logo

Abşeronda şagirdlər şəraitsiz tibb məntəqəsində dərs keçirlər - VİDEO

13.12.2022 22:47 441 baxış
IMG

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbində şagird sıxlığı yaşandığından dərslər yaxınlıqda olan tibb məntəqəsinin ambulator korpusunda keçirilir.

Xezerxeber.az-ın məlumatına görə, həmin korpusda isə istilik problemi yaşanır.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Ceyrabatan qəsəbəsi 2 nömrəli tam orta məktəbi 2006-cı ildə tikilərək istifadəyə verilib.

240 yerlik məktəbdə 960 şagird təhsil alır. Dərslər 5 növbəyə bölünməklə keçilir.

Valideynlər məktəbdə şagird sıxlığından narahatdırlar.

Məsələdən Abşeron-Xızı Regional Təhsil İdarəsi də xəbərdardır.

Təhsil idarəsindən bildirilib ki, ambulator korpusda yaşanan istilik problemi yaxın günlərdə aradan qaldırılacaq.

Daha ətraflı süjetdə:

Xəbər lenti