Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları və direktor müavinlərinin iştirakı ilə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, örüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva, idarənin əməkdaşları, Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktor və direktor müavinləri iştirak ediblər.
Görüşdə məktəblərdə təlim-tərbiyə işinin təşkili, IX sinif buraxılış imtahanı öncəsi davamlı monitorinqlərin təşkili, həmin monitorinqlərin nəticəsinə əsasən tədris prosesinin planlaşdırılması, valideyn-məktəb münasibətlərinin formalaşması, məktəbdə təşkilati mədəniyyətin formalaşmasında məktəb liderlərinin rolu, BSQ-lərin təşkili və digər məsələlər barədə danışılıb.
Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.