Logo

ASAPES yarımfinalda - FOTO

14.12.2022 14:44 274 baxış
IMG

Sumqayıt Dövlət Universitetinin yaranmasının 60 illiyi münasibətilə Azərbaycan Tələbə Futbol Federasiyasının ali təhsil müəssisələri arasında təşkil etdiyi mini-futbol turnirində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) komandası yarımfinala vəsiqə qazanıb.

Tehsil.biz xəbər verir ki, qrup mərhələsində ATU (3:2), BMU (12:3) və ADNSU-dan (6:4) olan rəqiblərini məğlub edən komanda 1/4 finalda AzMİU kollektivi ilə qarşılaşıb. Görüş 8:1 hesabı ilə ASAPES komandasının xeyrinə başa çatıb.

Finala vəsiqə uğrunda ASAPES komandası Azərbaycan Tibb Universiteti ilə üz-üzə gələcək.

Xəbər lenti