Dekabrın 7-də Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin Fərdi kateqoriya üzrə qalibi olan "Psixoloji dəstəklə təhsilə şagird qazan" layihəsinin Astara rayon Ş.Əliyev adına Rüdəkənar kənd ümumi orta məktəbi və A.Hüseynov adına Suparibağ kənd tam orta məktəbində açılış təqdimatı keçirilib
Tehsil.biz xəbər verir ki, təqdimat zamanı məktəb direktorları,şagirdlər,məktəb psixoloqları, layihə rəhbəri Z.Mirzəyev və layihənin eksperti M.Firuzə iştirak edib.
Layihə rəhbəri çıxış edərək layihənin məqsədləri barədə ətraflı məlumat verib.
Daha sonra layihənin eksperti M.Firuzə çıxış edərək məktəblər üzrə layihəyə cəlb ediləcək şagirdlərin seçim meyarları haqqında məlumat verib.
Seçimlər üçün hazırlanmış "google form" barəsində şagirdlər məlumatlandırılıb.
Sonda məktəb rəhbərləri və şagirdlər çıxış edərək təhsilimizdə yaradılan şəraitə görə Elm və Təhsil Nazirliyinə,Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin əməkdaşlarına təşəkkür ediblər.