Logo

“Aktiv şagirdlər – diqqətli valideyn” layihəsinin yekun tədbiri keçirilib

14.12.2022 16:43 340 baxış
IMG

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olan “Aktiv şagirdlər – diqqətli valideyn” layihəsinin yekun tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, məktəbəqədər və ibtidai təhsil pilləsində təhsil alan şagirdlərin valideynlərini diqqət və hiperaktivlik probleminin funksiyaları, əlamətləri və metodları haqqında maarifləndirmək məqsədilə keçirilən layihədə “Davranış pozğunluğu, depresiya, psixoloji problemlər”, “İnkişaf gecikmələri”, “Öyrənmədə ləngimələr”, “Hiperaktivlik və diqqət çatışmazlığı sindromu” və digər mövzularda görüşlər keçirilib.

Layihə çərçivəsində Gəncə şəhər 7 nömrəli, M.Müşfiq adına 14 nömrəli, 17 nömrəli, N.Nərimanov adına 25 nömrəli tam orta məktəb, 27 nömrəli məktəb-lisey və 28 nömrəli tam orta məktəbdə şagird və valideynlərlə görüşlər keçirilib.

Təlim prosesində valideyinlərə uşaq psixologiyası, uşaqla davranış qaydaları və uşaqları düzgün şəkildə yönləndirmə üsulları öyrədilib.

Xəbər lenti