Logo

Gömrük Akademiyasında icbari tibbi sığorta haqqında maarifləndirici təlim keçirilib

14.12.2022 19:07 282 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün icbari tibbi sığorta haqqında maarifləndirici təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlim İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və tədbirlər şöbəsinin baş məsləhətçisi Elvin Abbasov tərəfindən təqdim edilib.

İcbari tibbi sığorta sahəsində məlumatlılığın artırılması məqsədilə keçirilən təlimdə icbari tibbi sığorta haqları, xidmət zərfində yer alan tibbi xidmətlər, tibbi xidmətdən istifadə qaydaları, sığorta limiti, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilmə qaydası və s. mövzular barəsində tələbələrə geniş məlumat verilib.

Daha sonra tələbələrin sualları təlimçi tərəfindən ətraflı cavablandırılıb. Sonda iştirakçıların mövzu üzrə əldə etdiyi biliklər əsasında sorğu keçirilib.

Xəbər lenti