İzborsk kəndində “Rusiya” sərgisi keçiriləcək.
Tehsil.biz "TASS"a istinadən xəbər verir ki, ekspozisiya dekabrın 20-də İzborsk Dövlət Tarix-Memarlıq və Təbiət Muzey-Qoruğunda açılacaq.
Ziyarətçilər Rusiya Rəssamlıq Akademiyasının unikal rəsm kolleksiyasına baxa biləcəklər.
Sərgidə ustalar Vasili Surikov, Pavel Çistyakov, Qriqori Myasoedov, Boris Kustodiev, Mixail Avilovun əsərləri nümayiş olunacaq .
“İzborskda rus dövlətçiliyinin mənşəyi, qəhrəmanlıq əməlləri və çoxəsrlik mədəni ənənələri, xalqın mənəvi birliyi yaranıb. Burada, sərhədyanı ərazidə ilk dəfə olaraq Rusiya Rəssamlıq Akademiyasının Rusiya akademik sənətinin unikal kolleksiyası təqdim olunacaq”, - deyə muzeyin mətbuat xidməti məlumat yayıb.