Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda təhsil müəssisələrinin müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi məqsədi ilə tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Anar Bayramov, Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşı Tariyel Didarov, Quba-Xaçmaz RTİ-nin əməkdaşları, həmçinin müharibə iştirakçıları, məktəblərin hərbi rəhbərləri və şagirdlər iştirak ediblər.