Dekabrın 7-də Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları GradeMaker şirkətinin elektron formada ölçmə-qiymətləndirmə alətlərinin yazılması və onlayn test bankı məhsulunun təqdimatında iştirak ediblər.
Tehsil.biz xəbər verir ki, proqram təminatının nümayişi GradeMaker şirkətinin nümayəndəsi Şon Crouley tərəfindən həyata keçirilib.
Görüşdə DİM-in müvafiq struktur bölmələrinin əməkdaşları “Item banking” istiqaməti üzrə beynəlxalq təcrübədə tətbiq olunan yeni trendlərlə tanış olublar.
Qeyd edək ki, GradeMaker şirkəti imtahan suallarının elektron qaydada tərtibi, ekspertizası, imtahan üçün seçilməsi və çap edilməsi üçün nəzərdə tutulan məhsulların sahibidir.