Logo

Xırdalanda məktəbli intihar edib - FOTO

15.12.2022 09:20 593 baxış
IMG

Abşeron rayonunda intihar hadisəsi baş verib.

Tehsil.biz "APA"ya istinadən xəbər verir ki, hadisə Xırdalanda, "Gənclər şəhərciyi"ndə qeydə alınıb.

Belə ki, 11-ci sinif şagirdi 17 yaşlı İlqar Əlizadə özünü binaların birinin damından atıb. 

Hündürmərtəbəli binadan düşən məktəbli hadisə yerində ölüb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, şagirdin psixoloji problemləri olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti