Logo

Mübariz Qurbanlı: “İranda dini təhsil alanlar arasında təsir altına düşənlər olub”

15.12.2022 12:24 369 baxış
IMG

"Hazırda İran dərin böhran keçirir. Bu böhran eyni zamanda orada din adı altında istifadə olunan siyasətin böhranıdır".

"Tehsil.biz"in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Mübariz Qurbanlı bildirib ki, ayrı-ayrı ölkələrə gedib din sahəsində təhsil alanlar həmin ölkənin dövlət-din modelini mənimsəyir və öz ölkəsinə qayıtdıqdan sonra burada təşviq etməyə çalışırlar:

"O cümlədən İranda da təhsil alanlar arasında təsir altına düşənlər olub. Onların bəziləri hətta İranda Azərbaycan əleyhinə təbliğatlarda iştirak edirlər və hərəkətlərində cinayət əməlləri var. Azərbaycanın hüquq-mühafizə orqanları bununla bağlı müvafiq tədbirlər görür. Azərbaycan bu cür anti-Azərbaycan hərəkətlərə son qoyulmasını tələb edir".

Xəbər lenti