Fevralın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi ilə əlaqədar tədbirlər planının icra vəziyyəti ilə bağlı rektor, professor Cəfər Cəfərovun rəhbərliyi ilə universitet rəhbərliyinin iclası keçirilib. İclasda Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, Tədris departmentinin müdiri, dosent Sənan Əliyev və Sosial və humanitar məsələlər üzrə prorektorluğun əməkdaşı Cavid Hüseynov iştirak edib.
Toplantıda tədbirlər planı təsdiq olunandan keçən dövr ərzində görülən işlər və planın icra vəziyyətinin qarşıya qoyulan hədəflərə uyğunluğu dəyərləndirilib. 100 illiklə bağlı görüləcək işlərin icrası üçün yaradılan işçi qrupların tərkibi bir də müzakirə edilib, lazımi korreksiyalar və əlavələrlə bağlı göstərişlər verilib.
İclasın sonunda növbəti dövrə iclasına qədərki hesabat müddəti üçün müvafiq hədəflər təsdiq edilib.