"Şamaxının Şıxbaba kəndində 9-cu sinifdə demək olar, qız uşaqları yoxdur".
"Tehsil.biz"in məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Tamam Cəfərova deyib.
"Biz gedib az qala yalvarırıq ki, qız məktəbə gəlmir, heç olmasa, buraxılış imtahanı versin, nə atası qoyur, nə qardaşı. Qonşular bir-birlərinə baxırlar, qardaş deyir, onun bacısı məktəbə getmir, mənimki də getməsin”, - millət vəkili bildirib.