Logo

Azərbaycanda daha 115 nəfər COVID-19-a yoluxub

15.12.2022 16:31 341 baxış
IMG

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 825 150 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 695 nəfər müalicə olunaraq sağalıb, 9 989 nəfər vəfat edib, aktiv xəstə sayı 466 nəfərdir.

Ölkədə son sutka ərzində 1 834, hazırkı dövrədək isə 7 401 826 test aparılıb.

Xəbər lenti