Logo

Dövlət qulluğu üzrə test imtahanına qeydiyyat elan edilib

15.12.2022 22:29 440 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2023-cü il yanvarın 15-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, imtahanlarda iştirak etmək istəyən namizədlər Mərkəzin portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin 2023-cü il yanvar ayında keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat dekabrın 15-i saat 14:00-dan gələn il yanvarın 12-si saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 100 yer ayrılıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA qrupları üzrə yanvarın 15-i saat 10:00-da kompüter vasitəsilə, BB qrupu üzrə isə saat 11:00-da kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında BB qrupu üzrə yanvarın 6-sı saat 11:00-dək, AB, AC, BA qrupları üzrə isə yanvarın 12-si saat 11:00-dək həyata keçiriləcək.

Xəbər lenti