Bakıda müəllimin sinifdə şagirdi döyməsi geniş müzakirələrə səbəb olub.
Tehsil.biz xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Kadrlardan görünür ki, müəllim öncə şagirdi danlayır, daha sonra isə sifətinə şillə vurur. Bununla da kifayətlənmir və uşağın qulaqlarından dartır. Onun bu hərəkətinə isə digər şagirdlər gülərək reaksiya verirlər.
Sözügedən görüntülər paytaxtın Suraxanı rayonunda yerləşən 146 nömrəli məktəbdə, 8-ci sinfin ingilis dili dərsində lentə alınıb. Elə lentə alan da həmin sinifdə oxuyan şagirdlərdən biridir.
Məktəbin direktor əvəzi Tacəddin Allahyarlı da bunun şagirdin ilk və son qeyri-etik davaranışı olmadığını bildirib. Hətta uşağın belə hərəkətlərinə görə dəfələrlə ailəsinə məlumat verilib və o, xüsusi nəzarətə götürülüb.
Hadisədə adı hallanan və 30 illik müəllim stajı olan Kazım Camıyev də açıqlama verib. Üç ildir, həmin sinfə ingilis dili fənnini tədris edən müəllim bildirib ki, adıçəkilən şagird dəfələrlə bu və bundan betər hərəkətlərə yol verib.
Müəllimin sözlərinə görə, uşağın tərbiyəsindəki nöqsanlarla bağlı indiyədək valideynlərinə məlumat verilib, amma onlar məktəbə gəlməyiblər.
Hazırda Kazım Canıyevi məyus edən məqam saçlarını ağartdığı məktəbdən uzaq qalacağıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: