Logo

Sağlam qidalanma kosmosa səyahəti asanlaşdırır

16.12.2022 00:41 384 baxış
IMG

NASA alimləri sağlam qidalanmanın kosmosa uçuşun sağlamlığa mənfi təsirlərinin bəzilərini azalda biləcəyini müəyyən ediblər.

Tehsil.biz xəbər verir ki, bu barədə məlumat Scientific Reports jurnalında dərc olunub.

Bildirilib ki, tədqiqatda 16 nəfər (10 kişi və 6 qadın) iştirak edib. Kosmos uçuşunu simulyasiya etmək üçün nəzərdə tutulmuş yerüstü qapalı kamerada dörd nəfər 45 günlük dörd missiyada iştirak edib.

Standart pəhrizin genişləndirilmiş variantına daha çox müxtəlif meyvə və tərəvəz porsiyaları, həmçinin daha çox balıq və omeqa-3 yağ turşularının mənbələri daxildir.

Bütün məhsullar uzun uçuşlar üçün zəruri olan saxlama zamanı sabitdir. Missiyalar zamanı insanlar analiz üçün tüpürcək, sidik, qan və nəcis nümunələrini təqdim edərək bilişsel qiymətləndirmə üçün tapşırıqları yerinə yetiriblər.

Müəlliflər müəyyən ediblər ki, təkmilləşdirilmiş pəhriz yeyən insanlarda xolesterinin, kortizolun ("stress hormonu") aşağı səviyyələri, daha yüksək koqnitiv göstəricilər və daha sabit bağırsaq mikrobiomu var.

Alimlər hesab edirlər ki, təkmilləşdirilmiş kosmosa uçuş pəhrizinin insanlar üçün əhəmiyyətli sağlamlıq və performans faydaları var və hətta qısa kosmos uçuşlarında da astronavtlar üçün faydalı ola bilər.

Xəbər lenti