Logo

"Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıb"

16.12.2022 11:27 494 baxış
IMG

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri arasında baş tutan Birinci Sammit türk həmrəyliyinin növbəti təcəssümü idi.

Etnik, dini, mədəni kökləri, ortaq mənəvi dəyərləri oxşar olan üç dövlətin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən bu görüşü ölkələr və xalqlar arasındakı əlaqələrin inkişafının yeni mərhələsi kimi dəyərləndirən Prezident İlham Əliyev görüşdə çıxış edərək bütün türk dünyasının birliyinin, təhlükəsizliyinin qorunmasının hazırda daha aktual olduğunu diqqətə çatdırıb.  Zəngin enerji resurslarına malik Azərbaycanın Türkiyə və Türkmənistanla mövcud olan enerji, nəqliyyat-logistika sahəsindəki əlaqələrini genişləndirməklə türk dövlətləri arasındakı münasibətlərin yeni istiqamətlər üzrə təkmilləşməsi günümüzün tələbidir. Hər üç ölkənin maraqlarına uyğun layihələrin həyata keçirilməsi, yeni, müasir infrastrukturun yaradılması bütünlükdə türk dünyasının həmrəyliyinə qoyulan sərmayədir.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı, öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı layihələri icra edən Azərbaycan türk dövlətləri üçün də önəmli tranzit ölkədir. Tranzit daşımalarının həcminin artdığını ölkəmizin əlverişli geosiyasi məkanda yerləşməsi ilə əlaqələndirən Prezident İlham Əliyev onu da bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə əməkdaşlıq daha da genişlənəcək.

Füzulidə və Zəngilanda istifadəyə verilən Beynəlxalq Hava limanlarının sayının artması türk birliyinin möhkəmlənməsinə xidmət edəcək Zəngəzur dəhlizinin bərpası, işğaldan azad olunmuş Laçında inşa edilən beynəlxalq hava limanı ilə əlaqələr daha da intensivləşəcək.

Birinci Zirvə Görüşündə Birgə Bəyanatın qəbulu, bütün sahələrdə əməkdaşlığın möhkəmlənməsi ilə bağlı sənədlərin imzalanması təkcə üç dövlətin deyil, bütünlükdə türk dünyası ölkələrinin maraqlarına uyğundur.

David Tahirov

Xəbər lenti