Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib layihələrindən olan "Azad Şuşanın qurucu STEAM şagirdləri" layihəsinin yeddinci təlimi uğurla baş tutub.
Tehsil.biz xəbər verir ki, təlimçi robototexnika üzrə mütəxəssis Ayaz Məmmədov "Ntc sensoru ilə təcrübə" mövzusunda təlimi keçib, təlim şagirdlər tərəfindən maraqla qarşılanıb.
Şagirdlər sərbəst hazırladıqları şəxsi STEAM resurslarını təqdim ediblər
Sonda təlimçi şagirdlərə hazırladıqları evləri işıqlandırmaq üçün ledin qoşulma mexanizmini izah edib və "led işıqlar" hədiyyə edib. Layihədə Şuşa rayon 24 nömrəli ümumi orta məktəb in şagirdləri ilə yanaşı, Kəlbəcər rayon 31 nömrəli tam orta məktəbin şagirdləri də iştirak edirlər.
Qeyd edək ki, layihənin rəhbəri:Şuşa 24 nömrəli ümumi orta məktəbin riyaziyyat-fizika müəllimi Yasəmən Mustafazadədir.