Logo

"800, 1000, 1500 manata rezidenturaya daxil olanlar 300 manata işləməyə məcbur olurlar"

16.12.2022 14:03 285 baxış
IMG

"Səhiyyə islahatları bu gün davam edir".

"Tehsil.biz"in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, Tibb fakültəsinə yüksək balla qəbul olanlar rezidentura üçün xarici ölkələrə daha çox yönəlirlər, bu da insan kapitalının xaricə axını deməkdir:

"Bəzi insanlar bunu çox gözəl hadisə kimi qiymətləndirirlər. Amma bu, belə deyil. Rezidenturaya qəbul olmayanlar daha yüksək – 800, 1000, 1500 manata rezidenturaya daxil olan zaman yüksək bal toplayanlar isə 5 il ərzində 300 manata işləməyə məcbur olurlar. Bu yanaşma dəyişməlidir. Hadisələrə iqtisadi baxış gündəmə gəlməlidir”.

Xəbər lenti