Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Candar kəndinin ictimai məktəbi bərpa olunur.
Tehsil.biz report-a istinadən xəbər verir ki, bu barədə rayon bələdiyyəsindən bildirilib.
Qardabani meri Ramaz Budaqaşvili bələdiyyənin rəsmi şəxsləri ilə birgə tikinti-bərpa işləri ilə tanış olub.
Layihə çərçivəsində azərbaycandilli təhsil müəssisəsinin interyer və eksteryeri tam bərpa olunacaq, idman meydançası da qurulacaq. İşlərin həyata keçirilməsi üçün 2,4 milyon lari vəsait ayrılıb.
Bu il ərzində Bələdiyyələrin İnkişafı Fondunun dəstəyi ilə Qardabanidə 4 məktəbin binası bərpa olunacaq.