Logo

Peyvənd olunanların sayı açıqlanıb

16.12.2022 16:34 250 baxış
IMG

Azərbaycanda son sutkada 307 nəfər peyvənd olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 120, ikinci doza vaksinlərin sayı 36 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 121-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 30 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 927 125 olub.

Xəbər lenti