Dekabrın 16-da Masallı Regional Mədəniyyət Mərkəzində mina təhlükəsizliyi və partlamamış hərbi sursatlardan qorunmaq mövzusunda maarifləndirici tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Azərbaycan Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Əhliyət Adıgözəlov, Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov, məktəb direktorları, çağrışaqədərki hazırlıq rəhbərləri, qazilər və ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri iştirak ediblər.
İştirakçılara mina təhlükəsi, partlamamış hərbi sursatlar haqqında təqdimat və maarifləndirici videoçarx nümayiş etdirilib.