Yarandığı gündən bu günə kimi 30 ildir ki, Vətənimizin cənub bölgəsinin əsas elm-təhsil məbədi Lənkaran Dövlət Universiteti sürət və inamla yüksələn xətlə durmadan inkişaf edir.
Tarixi hadisələr dolu, ləyaqətli və şərəfli bir yol keçmiş Lənkaran Dövlət Universitetinin qazandığı uğurlar həm Azərbaycanda, həm də beynəlxalq aləmdə ona böyük hörmət və nüfuz qazandırmışdır.
Görkəmli alimləri tərəfindən qoyulmuş gözəl ənənələr, ali təhsilin akademik elmlə qaşılıqlı sıx əlaqələri, yüksək təlim səviyyəsi və tyexnaloğiyaları, əmək bazarının təlabatlarına uyğun qabaqcıl elmi təfəkkürün təbliği haqlı olaraq Universiteti Azərbaycan cəmiyyətinin müasir tələblərinə cavab verən, yüksək keyfiyyətli ali təhsil verən regional universitetlərindən birinə çevrilmişdir.
İndi Lənkaran Dövlət Universitetinin elmi-pedaqoji kollektivi görkəmli alimləri, nadir müəllim və məzunlarının adları ilə haqlı olaraq fəxr edirlər, qürur duyurlar. Onların arasında xalqımızı Vətənimizdə və digər ölkələrdə ləyaqətlə və hörmətlə təmsil edən çoxlu sayada tanınmış elm-pedaqoji, ictimai-siyasi xadimlər və rəhbər işçilər vardır. Onun məzunları daima cəmiyyətin bütün sahələrində qabaqcıl elmi fikrin burada təlim prosesinin elmi tədqiqatlarla daimi sintezi, innovativ texnologiyalardan intensiv istifadə olunması, geniş spektrdə tədbiq olunan və davam edən ölkələrarası təhsil proqramları, ikili diplomların alınması kimi məsələlər gənclərin maraqlarını cəlb edən əsas amillərdir. Eləcə də Lənkaran Dövlət Universitetinin ölkənin, xüsusilə cənub bölgəsinin iqtisadi-siyasi həyatında fəal iştirakı xalqımızın səmərəli milli rifah və sosial inkişaf naminə yüksək nailiyyətlər əldə etməsinə geniş imkanlar yaradır.
Son dövrlərdə Lənkaran Dövlət Universitetində sistemli, ardıcıl və məqsədyönlü həyata keçirilən bir çox yeniliklər: tikilən və yeniləşən tədris korpusları, tələbə yataqxanaları, tədris prosesinin təşkili və idarə olunmasının optimallaşdırılması, açılan yeni ixtisaslar və müvafiq təcrübə sahələrinin yaradılması, imzalanan Universitetlər arası Akademik Əməkdaşlıq Protokolları, elektron kitabxana xidmətlərinin sayının artırılması, tələbələrə yaradılan demokratik və şəffaf mühitin formalaşdırılması ilə bağlı qazanılan çox saylı uğurlar nəinki, respublikamızın, eləcə də dünyanın bir çox universitetləri üçün etalon ola bilər. Bizim Universitetin diplomu isə ölkənin istənilən guşəsində keyfiyyət əlaməti, keyfiyyət ölçüsüdür. Elə bu baxımdan gənclərin yüksək ali təhsillə bağlı istək və arzuların reallaşmasında Universitet əsl inam, elm-təhsil məbədinə çevrilərək onları Respublikamızın hər tərəfdən maqnit kimi özünə cəzb etməkdədir.
Əminəm ki, Lənkaran Dövlət Universitetinin yubileyi gələcək nailiyyətlər, ən cəsarətli plan və ideyaların həyata keçirilməsi üçün yeni başlanğıc nöqtəsi olacaqdır.
Gələcəkdə də Lənkaran Dövlət Universitetinin nəinki regionda, eləcə də dünyanın qabaqcıl ali məktəblərin reytinq cədvəlində öncül yerləri tutmasına, bütün zaman və məkanlarda Azərbaycan xalqının mədəniyyət və təhsilinin layiqlı təmsilçisi və onun məğrur, qalib carçısı olacagına inamla baxıram. Lənkaran Dövlət Universitetinin elmi-pedaqoji kolektivinə, tələbələrinə doğma Azərbaycanımışın çiçəklənməsi və rifahı naminə yeni nailiyyətlər və qələbələr arzulayıram.
Orucov Vidadi
Pedaoji elmlər doktoru