Logo

MDU əməkdaşının məqaləsi nüfuzlu elmi jurnalda dərc olunub

17.12.2022 12:34 335 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) Riyaziyyat kafedrasının müəllimi Səriyə Allahverdiyevanın həmmüəlliflərlə birgə yazdığı elmi məqalə Amerika Riyazi Elmlər İnstitutunun (American Institute of Mathematical Sciences) “AİMS Mathematics” jurnalının 2022-ci il, 8-ci cild, 2-ci buraxılışında dərc edilib.

Tehsil.biz xəbər verir ki, MDU əməkdaşının “Dördüncü dərəcəli xətti psevdoparabolik tənlik üçün bir əmsal üzrə tərs sərhəd məsələsi” (İngilis dilində: “On one coefficient inverse boundary value problem for a linear pseudoparabolic equation of the fourth order”) adlı məqaləsinin yer aldığı sözügedən elmi jurnal nüfuzlu Web of Science elmimetrik bazasında ən yüksək kvartil üzrə (Q1) indeksləndirilir.

Məqalədə dördüncü tərtib psevdoparabolik tənlik üçün periodik və inteqral şərtli tərs sərhəd məsələsinə baxılır. Analitik və operator nəzəri üsullardan, həmçinin Furye üsulundan istifadə etməklə məsələnin klassik həllinin  varlığı və yeganəliyi isbat olunur. Baxılan məsələ xüsusi Banax fəzalarında spektral analizin üsullarından istifadə edilməklə köməkçi məsələyə gətirilir və bu köməkçi məsələnin həllinin varlığının və yeganəliynin isbatı isə sıxılmış inikas prinsipi əsasında verilir.

Qeyd edək ki, MDU Elmi Şurasının müvafiq qərarı ilə “MDU əməkdaşlarının elmi nəşrlərdə dərc edilən əsərlərə görə mükafatlandırılması Qaydaları”nın təsdiq edilməsi universitetdə elmi fəaliyyəti əhəmiyyətli dərəcədə stimullaşdırıb. Nəticədə, MDU əməkdaşlarının nüfuzlu elmi jurnallarda dərc edilən məqalələrinin sayı artıb.

Xəbər lenti