Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Birincı Aşıqlı kənd tam orta məktəbində narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə tədbiri keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Mahir Məhərrəmov və digərləri narkomaniya və onun fəsadları ilə bağlı şagirdlərə geniş məlumatlar veriblər. “Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemlər diqqətə çatdırılıb.
Qeyd edilib ki, narkomaniyanın yayılmasının qarşısının alınması məqsədi ilə təhsil işçiləri və valideynlər hüquq-mühafizə orqanları ilə birgə mübarizə aparmalıdır. Bu barədə daxil olan hər bir informasiya ətrafında dəqiqləşdirilmə aparıldığı və cinayət törədən şəxsin qanundan yayına bilməyəcəyi iştirakçıların diqqətinə çatdırılıb. Sonda isə şagirdləri maraqlandıran suallar cavablandırılıb.