Logo

"Erməni təbliğatının yalanları"

17.12.2022 17:27 453 baxış
IMG

Ermənistan rəhbərliyinin yalanları ifşa olunmaqdadır. Maraqlısı bundadır ki, ermənilərin yalanları o qədər gülünc və absurddur ki, artıq bəzi ermənilər və Ermənistana yaxınlığı ilə seçilən jurnalistlər və bloqgerlər də İrəvanın apardığı gülünc siyasəti ifşa etməkdədirlər.

Ermənistan və ermənilik milli ideologiyasına xidmət edənlər 200 ildir ki, yalanlar danışırlar. Himayədarlarına arxayın olaraq cəfəngiyyat danışmaqdan yorulmayan ermənilər başa düşmürlər ki, artıq dövran başqadır. İndi, informasiya cəmiyyəti dövründə, elmi – texniki tərəqqinin pik həddə çatdığı bir vaxtda yalan və çirkab dolu informasiya siyasətinə düzəlişlər etmək lazımdır. Sentyabrın 27-si Azərbaycan və Ermənistan arasında işğal altındakı torpaqlarda müharibənin başlanmasından sonra Ermənistan yalan maşını gah F-16 qırıcısının guya Ermənistan sərhədini keçərək hərbi hava qüvvələrinin helikopterini vurmasını, gah da Azərbaycan silahlı qüvvələrinin guya Ermənistan ərazisinə raket zərbələri endirməsindən danışırdı.

Son illər Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği işində müsbət, titanik irəliləyişlər qeydə alındığını deyən Q.Əliyevin sözlərinə görə, ötən əsrin 90-cı illərinin əvvəllərində bu sahədə yaranmış fəsadlar indi aradan qaldırılır: “1990-cı illərin əvvəllərində, daha dəqiq desək, 1991-92-ci illərdə Azərbaycan ictimaiyyətinin başı daxili problemlərə qarışmışdı. Milli birlik yox idi. Hakimiyyətin isə başı iqtidar davasına qarışmışdı.

Bunun əksinə erməni ideolji maşını dünyada işləyirdi. Lakin 1993-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün digər istiqamətlərdə olduğu kimi, bu sahədə də dönüş yarada bilmişdi.

Sevindirici haldır ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, məkrli erməni siyasətinin əsl üzünün açılması yönündə addımlar atmaq, böyük işlər görmək ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin də fəaliyyətində prioritet istiqamətlərdəndir.

Azərbaycan inkişaf etdikcə, dünyadakı mövqeləri daha da möhkəmlənir, Azərbaycan öz həqiqətlərini daha inamlı qoruya bilir və qəbul etdirir.Ermənistan uzun müddət təbliğat apardı ki, Azərbaycanda saxlanılan hərbçilərinə işgəncə verilir, onlarla qeyri insani rəftar edilir. Ayrı-ayrı xarici təşkilatlar, müxtəlif ölkələrin rəsmi şəxsləri erməni iddialarına dəstək verir, onların qaytarılması tələbi ilə çıxış edir, Azərbaycana qarşı aparılan kampaniyaya dəstəklərini ifadə edirdilər. Ancaq Azərbaycanın növbəti humanist addımı bu erməni yalanlarının növbəti ifşası oldu, həm də onlara dəstək verənlərin bütün cəhdlərinin əbəs yerə olduğunu göstərdi. Artıq 1500 den çox meyit Ermənistana təhvil verilib! Lakin Ermənistan hələ də Birinci Qarabağ müharibəsində əsir, girov götürülmüş və taleyi məlum olmayan 4 mindən artıq azərbaycanlı haqqında heç bir məlumat vermir. Lakin Ermənistanın yalanlarını müdafiə edən xarici dairələr bu məsələni nə gündəmə gətirir, nə də Ermənistan qarşısında tələb qoymurlar. Millət vəkili Məlahət İbrahim qızı deyib ki, iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib.

Humanist addım olaraq Azərbaycan tərəfi isə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

Saxtakarlıq ermənilərin qanındadır. Onlar Azərbaycanın tarixini, mədəniyyətini təhrif etməkdə ustadırlar!

Məmmədova Nuranə

Yevlax rayon M.Kərimov adına Tanrıqulular kənd tam orta məktəbin Rus dili müəllimi

Xəbər lenti