Logo

Şəhid müəllimlərin xatirəsinə həsr olunmuş regional voleybol yarışı keçirilib

17.12.2022 21:30 383 baxış
IMG

Dekabrın 17-də Lənkəran rayonu S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbində Vətən müharibəsi şəhidləri Emil Qurbanov və Etiram Hüseynlinin xatirəsinə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı voleybol idman növü üzrə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin müəllimlərindən ibarət yığma komandalar arasında yarış keçirilib.

Tehsil.biz xəbər verir ki, yarışda qonaq qismində Lənkəran-Astara Region Təhsil İdarəsinin rəhbərliyi, təhsil işçiləri və Vətən müharibəsi şəhidləri Emil Qurbanov və Etiram Hüseynlinin ailə üzvləri iştirak edib.

Yarışın yekun nəticəsinə görə Cəlilabad rayonun komandası l yerə, Astara rayonun komandası ll yerə, Masallı rayonun komandası lll yerə layiq görülüb.

Sonda qalib komandalara yarışın kuboku və fəxri fərman, digər yarış iştirakçılarına isə təltifnamə verilib.

Xəbər lenti