Logo

Xiaomi qeyri-adi ekran həlli ilə flaqman planşet hazırlayır

18.12.2022 10:40 365 baxış
IMG

Xiaomi gələn il qeyri-adi ekran təsvir ölçüsünə malik planşet təqdim edəcək və bu planşet 2,8K olacaq.

Tehsil.biz xəbər verir ki, bu barədə Çinin Weibo sosial şəbəkəsində nüfuzlu Digital Chat Station insayderi yazıb.

Mənbənin məlumatına görə, Xiaomi Pad 6 planşet seriyasının modellərindən biri ekranın ətrafında nazik çərçivələrə malik 2880x1880 təsvir ölçüsündə və 120 Hz təsvirin yenilənmə tezliyində böyük displey əldə edəcək. Ehtimal edilir ki, Xiaomi Pad 6-nın ekran diaqonalının 12,4 düym olacağı, matrisin isə OLED texnologiyası ilə hazırlanacağı gözlənilir.

2022 Qualcomm flaqman çipi Snapdragon 8+ Gen 1 yeni məhsulun performansına cavabdeh olacaq.

Şayiələrə görə, cihazın təqdimatı 2023-cü ilin yazında baş tutacaq.

Xiaomi model diapazonunda artıq 12,4 düymlük ekrana malik planşet var, lakin o, standart 1600x2560 təsvir ölçülü IPS krandan istifadə edir.

Xiaomi Pad 5 Pro 12.4 Snapdragon 870 çipi ilə təchiz edilib və yalnız  Çində satılır.

Xəbər lenti