Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir.
Son vaxtlarda baş verən hadisələr də bu reallığı birmənalı şəkildə təsdiqləyir. Rəsmi Bakı Ermənistanı artıq küncə sıxışdırıb. Qarabağ mövzusu ilə bağlı proseslərdən tədricən kənarlaşdırmağa başlayıb. Və bu, Azərbaycanın regionda bütün təşəbbüsü öz əlinə almasının təsdiqi sayıla bilər.Ancaq artıq zaman da, geopolitik şərtlər də ciddi şəkildə dəyişib.
Azərbaycan ordusu Ermənistana duracağı yeri tam dəqiqliyi ilə göstərib. Ona görə də, Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan Rusiya sülhməramlılarının arxasında gizlənmək məcburiyyətində qalan Araik Arutyunyan və onun separatçıları ötən il törətdikləri təxribatları təkrarlamağa cəsarət etmədilər.Bütün bunlar onu göstərir ki, Ermənistanın dövlət rəsmiləri artıq Azərbaycan ərazisinə - Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu bölgəyə əvvəlki kimi sərbəst gəlib-gedə bilməzlər.
Rəsmi Bakı bunu qətiyyən bağışlamaz, Ermənistanı ən sərt şəkildə cəzalandıra bilər və Ermənistanda bu reallığı artıq qəbul ediblər.Bakı öz siyasi iradəsini Ermənistanın əsas beynəlxalq himayədarlarından biri olan Rusiyaya da qəbul etdirməyə başlayıb. Belə ki, bir müddət öncə Rusiya Müdafiə Nazirliyinin saytında rus sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu ərazilər “Dağlıq Qarabağ Respublikası” kimi göstərilmişdi. Bu, hətta Ermənistan cəmiyyətində və mətbuatında böyük məmnunluqla qarşılanmışdı. Və yenidən “uzaqgedən xəyallar” qurmağa başlamışdılar. Ancaq ermənilərin sevinci o qədər də uzun sürmədi. Rəsmi Bakının diplomatik kanallarla etirazından sonra həmin səhv düzəldildi, Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu bölgə yenidən Azərbaycan Respublikasının ərazisi olaraq, qeyd olundu. Yəni, rəsmi Bakı Azərbaycanın suveren hüquqlarını, dövlət maraqlarını Rusiya qarşısında da müdafiə etməyi bacardı. Və bu, yalnız Ermənistanın deyil, Rusiya da daxil olmaqla, regionda maraqları olan digər kənar güclərində Azərbaycanın geopolitik iradəsi ilə hesablaşmaq məcburiyyətində qalmasının təsdiqidir.Rəsmi İrəvanın Azərbaycanın ünvanına iddiaları əsassızdır və qəbuledilməzdir. Belə ki, təxribat fəaliyyəti erməni silahlı birləşmələrinin qalıqları tərəfindən törədilib. Öz növbəsində, Azərbaycan hökuməti və Rusiya Federasiyasının sülhməramlı heyəti 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəaları əsasında sülhün qorunub saxlanılması üçün bütün lazımi tədbirləri görürlər.Xatırlatmaq istərdik ki, böyük səylər nəticəsində qəbul olunmuş Bəyanat tam atəşkəsi və bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur.
Ermənistanı üçtərəfli bəyanatın tələblərinə ciddi riayət etməyə və bundan sonra onun icrasına əngəl törədən destruktiv fəaliyyətdən çəkinməyə çağırırıq.Azərbaycan Rusiya sülhməramlıları ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərərək, bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün müvafiq tədbirləri həyata keçirəcək.
Azər Süleymanov