Logo

"Bağçada pul yığan müəllim necə müsahibədən keçib?"

18.12.2022 14:27 600 baxış
IMG

"Artıq ümumtəhsil pilləsində oluğu kimi məktəbəqədər təhsil pilləsinə də diqqət yetirilmir".

Bu sözləri "Tehsil.biz"ə Əli Ələkbərov deyib.

O bildirib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində fəalliyyət göstərən bağçalarda valideyn övladını "bq.edu.az" saytı vasitəsi ilə qeydiyyatdan keçirsə də, valideyn bağçaya müraciət etdikdən sonra ya yer olmur, ya da ki, yer açmaq müqabilində valideyndən müəyyən miqdarda pul tələb edilir:

"Bu bir yana, bağçalarda işləyən tərbiyəçi müəllimlər "hörmət əlaməti" olaraq valideynlərdən 10 manat istəyirlər. Siz təsəvvür edin ki, qrupda 20 və ya 25 uşaq olur. Hər uşaqdan 10 manat yığılsa, bu maaşdan əlavə 200-250 azn edir. Hesab edirəm ki, artıq valideynlər bağçalara öz övladlarını etibar etməkdən çəkinirlər. Məktəblərlə yanaşı, məktəbəqədər təhsil pilləsinə nəzarət olunarsa, bu hallar baş verməz".

Fəqan Əzimli

Xəbər lenti